"Rəqib bütün komponentlərdə bizdən üstün idi. Bu məğlubiyyətə görə heç bir bəhanə axtarmaq lazım deyil. Günahkar özümüzük".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qarabağ"a keçirilən oyundan (1:7) sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis "Qarabağ" kimi rəqibə qarşı açıq futbol oynamalarını belə şərh edib: "İlk hissədə özümüz rəqibə 3 qol hədiyyə verdik. Ondan sonra artıq hesabın 1:5, 1:6, 1:7 olmasının fərqi yox idi".
M.Musayev ağır məğlubiyyətin komandaya təsirini aradan qaldırcaqlarını deyib: "1:7 ağır nəticədir. Təsir edib-etməyəcəyini bilmirəm. Amma bütün bunların öhtəsindən gəlməliyik".
M.Musayev "Sabah" tarixinin ən ağır məğlubiyyətində sırf özünü günahkar sayır: "Yüz faiz mən günahkaram. Məşqçi mənəm, keyfiyyətə görə mən məsuliyyət daşıyıram".