Həndbol üzrə 30-cu Azərbaycan çempionatında 9-cu tura start verilib.
Sportliqa.az xəbər verir ki, turun birinci oyun günü qadınların mübarizəsi ilə yadda qalıb.
"Qarabağ" "İdman Akademiyası"nı (40:17), "Azəryol" isə "Bakı"nı (44:10) məğlub edib.
Qadınların yarışında turun son görüşü fevralın 4-də baş tutacaq və həmin gün "Kür" "Gənclər Birliyi"ni sınağa çəkəcək.
Xatırladaq ki, kişilər arasında ölkə çempionatının 9-cu turunun oyunları fevralın 3-4-də keçiriləcək.