Fevralın 9-da Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatı start götürəcək.
Pressing.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi böyüklərin və yeniyetmələrin mübarizəsində qüvvəsini sınayacaq.
Kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev qardaş ölkədə Cavad Ağayev (74 kq) və Milad Beiqi Harçeqaniyə (+87 kq) şans verəcək.
Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park Türkiyədə Minayə Əkbərova, Məryəm Məmmədova, Zemfira Həsənzadə, Səmərrux Osmanova (hamısı 49 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidovanı (67 kq) sınayacaq.
Əsas komanda dayanq üzərinə fevralın 13-14-də çıxacaq.
Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovla böyük məşqçi Vurğun Cəfərov isə çempionatda Hüseyn Abbaslı (148 sm), Murad Canəliyev (152 sm), Əli Həsənzadə, Səid Feyzullayev (hər ikisi 156 sm), Anar Abdullazadə (160 sm), Rasif Hacıyev (164 sm), Novruz Əliyev, Əmirabbas Fəzlişahgoli (hər ikisi 168 sm), Çingiz Həsənov (172 sm), Sərxan Talıbzadə (176 sm), Zeynəb Səfərəliyeva (144 sm), Fatimə Zeynalova, Ruqayyə Əliyeva (hər ikisi 148 sm), Məryəm Cəfərova, İnci Muradova (hər ikisi 152 sm), Ləman Manafova, Fatimə İbişova (hər ikisi 156 sm), Gülnar Rəsulzadə, Gülay Əliyeva (hər ikisi 160 sm), Türkan Yuniszadə (164 sm) və Gülnaz Abdullayevanı (168 sm) yoxlayacaq. Bu yaş qrupu fevralın 9-10-da qüvvəsini sınayacaq.
ATF-in baş hakimi Gündüz Abdullayev, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva və Etibar İbrahimov isə yarışda ədaləti qoruyacaq.
Komandaya ATF-in vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.
Qeyd edək ki, Antalyaya yeniyetmələrdən ibarət yığma bu gün, böyüklər fevralın 12-də yollanacaq. Hər 2 komanda döyüşləri bitən günün ertəsi Bakıya qayıdacaq.