“Portuqaliyaya gedəndən bəri mən həmişə "Braqa"ya rəğbət bəsləmişəm; Alan, Lima, Salino, Hugo Viana ilə super komanda qurdular, "Benfika"nı məğlub edərək Avropa Liqasının finalına çıxdılar. "Braqa" “Qarabağ”a bənzəyir, amma maaşı bizdən yuxarı olan klubdur".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sı ilə səfər oyunu öncəsi ojogo.pt saytına açıqlamasında deyib.
O, "Braqa"nın stabil komanda olduğunu vurğulayıb: "Onar yaxşı oyunçular transfer edir, fəlsəfələrinə görə və fərq yaradan oyunçuları seçir. Onlar böyük klublara çoxlu məşqçi göndərirlər. Hazırda baş məşqçiləri Artur Xorxedir. Rəqibdə yüksək səviyyəli oyun sistemi görürəm və çox yaxşı futbolçular var”
R.Almeyda rəqibin heyətində Alvaro Calo, Rikardo Orta, Xose Fonte, Mateus, Simon Banzanı fərqləndirib: "Böyük potensiala malik Vitor Karvalyunu çox bəyənirəm. Onu “Jil Visente”dən tanıyıram. Son illər yetişən gənclər də var. Bu gün yaxşı oyun proqnozlaşdırıram. Ümid edirəm ki, vəsiqə qazanmaq üçün əlimizdən gələni edə bilərik”.