"Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli məşqləri bərpa edib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin üzvü bu gün keçiriləcək Konfrans Liqasının pley-off mərhələsində "Betis"lə cavab oyunu öncəsi Maksimir stadionundakı məşqdə iştirak edib.
26 yaşlı hücumçu "İnstaqram" hesabında məşqdən paylaşım edərək bu sözləri yazıb: "Yaxşı bərpa olunuruq".
Qeyd edək ki, M.Emreli yanvarın 6-ı keçirilən “Roqaşka”ya (Sloveniya) qarşı yoxlama oyununda (1:0) zədələnmişdi.
Əlavə edək ki, "Dinamo" - "Betis" görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Bu komandalar arasında ilk matç Zaqreb klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.