Gimnastımızdan qızıl medal
25 Fevral 2024 09:35
Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən dünya kubokunda medalçılar siyahısına düşüb.
Sportliqa.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Nikita Simonov halqalarla hərəkətdə hamını qabaqlayıb və qızıl medala layiq görülüb.