
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb.
Sportliqa.az xəbər verir ki, ikiqat dünya çempionumuz Mixal Malkin və Adil Hacızadə həlledici raunda vəsiqə qazanıblar.
Bu növdə mübarizə aparan digər təmsilçilərimizdən Tofiq Əliyev, gənclərdən Bilal Qurbanov, batut gimnastikası üzrə yarışda isə Selcan Mahmudova finala adlaya bilməyiblər.
Qeyd edək ki, Dünya Kuboku fevralın 25-də başa çatacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması