UEFA "Qarabağ" klubunun futbolçusu Elvin Cəfərquliyevi cəzalandırıb.
Sportliqa.az xəbər verir ki, buna onun "Braqa"ya qarşı Bakıdakı matçda qırmızı vərəqə alması səbəb olub (2 sarı vərəqə). Ağdam klubundan saytımıza bildirilib ki, 23 yaşlı müdafiəçiyə 1 oyunluq cəza verilib.
Qeyd edək ki, E.Cəfərquliyev qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına çox əsəbi reaksiya vermişdi. Buna görə onun 2 oyunluq cəza ala biləcəyi də ehtimal olunurdu.
Bundan başqa, həmin matçda qırmızı vərəqə alan "Qarabağ"ın məşqçisi Elçin Rəhmanova da 1 oyunluq cəza təyin olunub.
Beləliklə, həm E.Cəfərquliyev, həm də E.Rəhmanov "Bayer"ə (Almaniya) qarşı Bakıda keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxmalı olacaq.