Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk gününündə Azərbaycan cüdoçuları 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.
Sportliqa.az xəbər verir ki, oğlanların mübarizəsində arasında Bahadır Feyzullayev (50 kq) və Nihad Məmişov (55 kq) qızıl medal əldə ediblər.
Qüdrət Yusif (55 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov və Kənan Sadıqov (hər ikisi 66 kq) bürünc medala sahib olublar.
Qızlar arasında Xədicə Abdullayeva (40 kq) və Vüsalə Hacıyeva (52 kq) qızıl, Leyla Ələkbərova (44 kq) və Aysun Məmmədova (52 kq) gümüş, Nərmin Məmmədli (44 kq) və Diana Eldarova (48 bürünc mükafat qazanıblar.