Azərbaycanın qadınlardan ibarət sablya millisi Yunanıstanın paytaxtı Afinada keçirilən dünya kubokunda 9-cu olub.
Sportliqa.az xəbər verir ki, yarışda Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət heyət qüvvəsini sınayıb.
Milli komanda 1/8 finalda Bolqarıstana 44:45 hesabı ilə uduzub. 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə isə Meksika (45:39), Yunanıstan (45:34) və Polşa (45:44) sablyaçılarına qalib gəliblər.
Qadın sablyaçıların şəxsi yarışında yalnız Palina Kaspiaroviç 1/16 finala kimi irəliləməyi bacarıb.