Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Fernando Santos komandanı tərk edə bilər.
Sportliqa.az Türkiy mətbuatına istinadla xəbər verir ki, ardıcıl uğursuz nəticələr ucbatından portuqaliyalı mütəxəssisin ən geci mövsümün sonunda istefası gözlənilir. "Qara qartallar"ın baş məşqçi postuna əsas namizədlərdən biri də "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovdur.
Bildirək ki, Fernando Santosun “Beşiktaş”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.