“Barselona”nın sağ cinah müdafiəçisi Xavi Espart zədələnib.
Sportliqa.az xəbər verir ki, o, İspaniya La Liqasının 10-cu turunda “Real”la keçirilən oyunda (1:2) xəsarət alaraq 30-cu dəqiqədə meydanı tərk edib.
Klubun mətbuat xidməti futbolçunun durumu barədə məlumat yayıb.
Müayinələr nəticəsində Espartın rəqib futbolçu ilə toqquşma zamanı sağ topuq nahiyəsində sindesmoz zədəsi aldığı müəyyənləşib. Onun təxminən 7 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.