![Xəzərin sahilində](https://sportliqa.az/upload/news/3486/770x552/WhatsApp-Image-2024-07-23-at-18.33.14.jpeg)
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçiriləcək.
Sportliqa.az xəbər verir ki, İspaniya klublarından “Barselona” ev, “Atletiko” isə səfər matçına çıxacaq.
“Barselona” ilk görüşdə PSJ-ni, “Atletiko” isə “Borussiya”nı (Dortmund) məğlub edib. Bu cütlərin qalibləri yarımfinalda rəqib olacaq.
Bu mərhələnin digər iki oyunu aprelin 17-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel
23:00. Barselona (İspaniya) – PSJ (Fransa)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Barselona, “Olimpik Lyuis Kompanis” stadionu.
İlk oyun – 3:2
23:00. Borussiya (Dortmund, Almaniya) – Atletiko (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Dortmund, “Siqnal İduna Park” stadionu.
İlk oyun – 1:2