Cüdoçumuz Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
Sportliqa.az xəbər verir ki, o, finalda hazırkı Asiya çempionu Tatsuki İşihara ilə qarşılaşıb. Əsas vaxtın bitməsinə 40 saniyə qalmış Tatsuki vazari xalı ilə önə keçib. Hidayət vaxtın bitməsinə 10 saniyə qalmış rəqibini ipponla məğlub edib
Qeyd edək ki, Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.
Xatırladaq ki, ilk dəfə dünya çempionatında finalda mübarizə aparan Heydərov bundan əvvəl bu turnirdə üç bürünc medal qazanıb. Bundan əlavə, bu il o, Zaqrebdə keçirilən Avropa çempionatında dördüncü dəfə Avropa çempionu titulunu təmin edib. Belə ki, o, artıq həm Dünya, həm də Avropa çempionu kimi 2024 Paris Yay Olimpiya Oyunlarını fəth etməyə hazırdır.