Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında dördüncü yeri tutub.
Sportliqa.az xəbər verir ki, yığma üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstanın “Astana” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 31:28.
Milli komanda yarımfinalda “Özbəkistan TJ” komandasına məğlub olub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.