
Yaponiyanın Yokohama şəhərində keçiriləcək aerobika gimnastikası üzrə dünya kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri məlum olub.
Sportliqa.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yığma yarışda üç növdə mübarizə aparacaq.
Dilarə Qurbanova (fərdi), Mədinə Mustafayeva və Vladimir Dolmatov (qarışıq cütlük), Dilarə Qurbanova, Vladimir Dolmatov və Mədinə Mustafayeva (üçlük) turnirdə çıxış edəcəklər.
Onlar məşqçi Mariyan Kolevin rəhbərliyi altında bacarıqlarını göstərməyə çalışacaqlar. Lalə Hüseynova isə yarışa hakim kimi təyinat alıb.
Dünya kuboku mayın 25-26-da keçiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması