
"Atletiko"nun yarımmüdafiəçisi Aksel Vitsel açıqlama verib.
Sportliqa.az xəbər verir ki, belçikalı futbolçu Səudiyyə Ərəbistanı liqasına gedən oyunçularla bağlı maraqlı fikirlər səsləndirib:
"Hər kəsin öz yolu var. Səudiyyə Ərəbistanına gedənləri qınamıram və bunun pis seçim olduğunu söyləmirəm. Ancaq onlar pula görə bu seçimi ediblər. Mən də 27 yaşında Çinə üz tutmuşdum. Əlbəttə, ora pul üçün yollanmışdım. Futbol layihəsindən danışmağa ehtiyac yoxdur".
Vitsel Çinin "Tyantsin" klubunda oynadığı 5 ayda 18 milyon avro qazanmışdı.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması