"Roma"nın "Çelsi"dən icarəyə götürdüyü Romelu Lukaku açıqlama verib.
Sportliqa.az xəbər verir ki, Belçika millisinin üzvü "canavarlar"a keçidindən və yenidən Joze Mourinyo ilə birgə çalışmağından söz açıb:
"Komandaya güvənirəm. Birlikdə yaxşı işlər görə bilərik. Yaxşı kollektivik və nəticələr əldə edə biləcək gücdəyik. "Roma"nın təklifini qəbul etməyim çox çəkmədi. Təxminən yarım saat klubun hədəflərindən danışdıq və rəsmi işlər tez baş tutdu. 11 yaşından Joze Mourinyo ilə birlikdə çalışmaq istəmişəm. Üçüncü dəfə onunla eyni komandadayam. O, məni və ailəmi yaxşı tanıyır. Birlikdə uğurlar qazana bilərik".
Lukaku daha öncə "Çelsi" və "Mançester Yunayted"də Mourinyonun rəhbərliyində çıxış edib.