Misli Premyer Liqasının 8-ci turu çərçivəsində "Turan Tovuz" "İmişli"yə 0:1 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz" klubunun baş məşqçisi Kurban Berdiyev matç haqda fikirlərini bildirib:
"Bu gün “İmişli” layiqli qələbə qazandı. Standart vəziyyətlərdən çəkinirdik və məhz belə vəziyyətdən qol buraxdıq. Halbuki bu epizodlar üzərində işləmişdik. Təəssüf ki, rəqib fərqləndi. Özümüzün yaratdığımız azsaylı qol imkanlarından isə yararlana bilmədik".
O, komandasının standart vəziyyətlərdən qol vura bilməməsindən də danışıb:
"Standart vəziyyətlər üzərində çox işləyirik. Amma təəssüf ki, hər dəfə qol vurmaq mümkün olmur. Rəqib isə bundan istifadə etdi".
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az