“Öncə futbolçularımı təbrik edirəm. Bu gün onlar yaxşı oynadılar”.
Sportliqa.az xəbər verir ki, bu sözləri “Sabah” klubunun baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə Hayfa “Makkabi”sinə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, hələ cütün taleyinin həll olunmadığını bildirib: “Təbii ki, biz ağır oyun olacağını gözləyirdik. Belə də oldu. "Makkabi" əla komandadır. Hələ heç nə həll olunmayıb”.
Xorvat mütəxəssis hələ də İsrail təmsilçisini favorit sayır: “Biz sadəcə ilk oyunu keçirmişik. Qarşıda isə cavab görüşü var. Konsentrasiyanı qorumaq lazımdır. Növbəti mərhələyə keçməliyik. Yenə də "Makkabi"ni favorit sayıram”.