Xorvatiya çempionatında 9-cu turun oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Rudes"in qonağı olub. Qarşılaşma Zaqreb təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard matça start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. O, 38-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. Mahir həm də bir məhsuldar ötürmə edib.
Xallarını 16-ya yüksəldən "Dinamo" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.