"Sabah" klubu bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, Azərbaycan təmsilçisi evdə İrlandiya “Sent Patriks Atletik"i ilə qarşılaşacaq. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç İrlandiya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Sabah" (Azərbaycan) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi isə “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
15 avqust
20:30. "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya)
Baş hakim: Marsel Birsan (Rumıniya).
Masazır, "Bank Respublika Arena"
İlk oyun - 0:1