"Kəpəz" klubu Azərbaycan Premyer Liqasının 5-ci turunda öz meydanında "Sabah"a 2:3 hesabı ilə məğıub olub.
Sportliqa.az xəbər verir ki, Gəncə təmsilçisinin məşqçisi Xaliq Mərdanov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandanı 3 günə hazırlamışam. Bu müddət ərzində çox böyük iş görməmişik. Sadəcə motivasiyanı qaldırmışıq. Çalışırdıq ki, əks-hücumda oynayaq. İstəyimizə nail olmuşduq. Sadəcə təcrübə çatmadı ki, üstünlüyümüzü qoruyaq.
- Komandanın əsas problemi nədir?
- Elə böyük problem görmədim. Futbolçularda bir az ruh düşkünlüyü var. Onlara bildirdim ki, özlərinə inanmalıdırlar.
- Qələbə hesabını qoruya bilməməyinizin əsas səbəbi nədir?
- Bütün fubolçularsan razıyam. Hamı əlindən gələni etdi. Bayaq da deyimim kimi, təcrübə çatmadı. Rəqib daha tücrübəli olduğu üçün bizi cəzalandırdı. Onların ustalıq səviyyəsi də bizdən üstün idi.