 
 
				"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"a rəhbərlik edən Murad Musayev Rusiya Premyer Liqasında mükafat qazanıb.
Sportliqa.az xəbər verir ki, bu barədə Rusiya Premyer Liqasının mətbuat xidməti məlumat yayıb. Mütəxəssis ötən ayın ən yaxşı məşqçisi adına layiq görülüb.
Keçən ay “Krasnodar” Musayevin rəhbərliyi altında 3 oyun keçirib və maksimum xal toplayıb – 9. Hazırda komanda turnir cədvəlində 27 xalla liderdir.
Qeyd edək ki, Musayev 2021-ci ilin oktyabrından bu ilin fevral ayınadək "Sabah"ı çalışdırıb.
 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								
						©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
						Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
						
 
								 
								 
								 
								 
								