"Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Regekampf klubunu dəyişib.
Sportliqa.az xəbər verir ki, rumıniyalı mütəxəssis Səudiyyə Ərəbistanının yüksək liqa təmsilçisi "Əl-Tai"nin baş məşqçisi təyin olunub. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 1 mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, "Neftçi" bu yay Regekampfla yollları ayırmışdı. O, daha sonra ölkəsinin "Universitatya Krayova" klubunun baş məşqçisi təyin edilmişdi.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.