Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start veriləcək.
Sportliqa.az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.
Turun açılış matçı Şamaxıda baş tutacaq. Meydan sahibi komanda “Səbail”i qəbul edəcək.
Hazırda “Şamaxı” 13 xalla turnir cədvəlində yeddinci yeri tutur, paytaxt təmsilçisi isə 8 xalla sonuncudur. Hər iki komanda son 3 turda xala həsrət qalıb.
“Səbail” 7 turdur qələbəyə qalib gələ bilmir. Maraqlıdır ki, “dənizçilər” sonuncu dəfə məhz “Şamaxı” üzərində qələbəyə sevinib - 2:0.
Ayxan Abbasovun komandası isə artıq 9 turdur qalib gələ bilmir.
Bu matçı prinsipial edən bir məqam da Cavid Hüseynovla bağlıdır. Belə ki, hazırda “Səbail”in baş məşqçisi olan Hüseynov 2 il əvvəl “Şamaxı”nı çalışdırırdı. Komanda məhz onun rəhbərliyi altında son turda “Səbail”ə uduzaraq Premyer Liqa ilə vidalaşmışdı.
Günün ikinci matçında isə lider “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək.
17-ci tur
14 dekabr (şənbə)
14:00. “Şamaxı” - “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu
16:30. “Araz-Naxçıvan” - “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Liv Bona Dea Arena