"Real"ın baş məşqçisi Karlo Ançellotti komandanın futbolçusu Arda Gülər barədə açıqlama verib.
Sportliqa.az xəbər verir ki, italiyalı mütəxəssis türkiyəli yarımmüdafiəçinin "Las Palmas" ilə oyunda meydana çıxa biləcəyini deyib:
"Arda yaxşıdır və oynamağa hazırdır. Bir az ritmdən düşüb və oyun təcrübəsi bu mövsüm azdır. O, böyük istedaddır. Vinisius, Arda, Karvaxal və Mendinin neçə dəqiqə oynayıb-oynamayacağını hələ bilmirik. Dəyərləndirib qərar verəcəyik".
Don Karlo "kral klubu"ndakı gələcəyindən söz açıb: "Madriddə xoşbəxt olduğumu hər kəs bilir. İndi müzakirə ediləsi mövzu bu deyil. Gələcəkdə bu barədə danışacağıq".
Karlo Ançelotti Xabi Alonsonun "Real"ın baş məşqçi postuna gətiriləcəyi barədə iddialara münasibət bildirərkən bunu deyib: "Xabi oyunçu kimi yanımda olub. İndi baş məşqçi kimi yaxşı addımlayır. Ümid edirəm ki, bir gün "Real"ın baş məşqçisi olar. Alonsonu Raul və Arbeloa qədər çox istəyirəm".