Qadın futbolçulardan ibarət "Baku Juniors Women" komandasının bəzi üzvləri klubun tərəfdaşı "Məlhəm Beynəlxalq Hospital"da tibbi müayinədən keçiblər.
Futbolçular ümumi qan analizi, fizioterapevt müayinəsi, radiologiya xidməti ilə təmin edilib. Müayinələrin ardından hospitalın icraçı direktoru Sevda Əlizadə ilə görüş keçirilib. Sevda xanım futbolçu qızlarla səmimi dialoqda hər zaman dəstəyə hazır olduqlarını bildirərək, uğurlar arzu edib.
Bu addımı yüksək qiymətləndirən klubun meneceri Osmanlı Ağasəf bunun qadın futbolçular üçün ekstra motivasiya olduğunu qeyd edib. O, komandanın bu kimi diqqət və qayğı ilə əhatə olunmağını təmin etdikləri üçün hospitalın bütün əməkdaşlarına minnətdarlığını ifadə edib.