Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə təşkil olunan “Böyük Dəbilqə” turnirində fəxri kürsüyə qalxıb.
Sportliqa.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev yarışın bürünc medalını qazanıb.
O, üçüncü yer uğrunda görüşdə Portuqaliya təmsilçisi Otari Kvantidzeyə qalib gəlib.
Bu gün Azərbaycanın digər cüdoçusu Ruslan Paşayev (66 kq) turnirin qızıl medalına sahib çıxıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.