İtaliya B Seriyasında mübarizə aparan "Sampdoriya" baş məşqçisi Andrea Pirlo ilə yolları ayıra bilər.
Sportliqa.az xəbər verir ki, çempionatın ilk 6 turunda yalnız 1 qələbə qazanan Genuya təmsilçisinin çalışdırıcısına son şans verilib.
Komandanın son turda "Parma" ilə qarşılaşmasında bir qrup azarkeş Pirlonu istefaya səsləyib.
Qeyd edək ki, 44 yaşlı mütəxəssis bu yay komandanın baş məşqçi postuna keçib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.