İtaliya A Seriya təmsilçisi "Fiorentina" türkiyəli baş məşqçi Fatih Terimlə danışıqlar aparır.
Sportliqa.az xəbər verir ki, bu barədə "Sabah" nəşri iddia irəli sürüb. Nəşrin məlumatına görə, Florensiya təmsilçisi Vinçenso İtalianonun əvəzinə 70 yaşlı mütəxəssisi gətirmək istəyir.
Fatih Terim 2000-ci ildə "bənövşəyilər"i çalışdırıb. "Fiorentina" A Seriyasında 5 turdan sonra 10 xal toplayıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.