"Milan"ın zədəli futbolçusu Rade Kruniçin durumu müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin sağ ayaq əzələsi dartılıb. Onun yaxın 10 gün ərzində yenidən müayinədən keçəcəyi bildirilir.
Bosniyalı futbolçunun "Kalyari", "Latsio" və "Borussiya" ilə matçları buraxacağı indidən dəqiqləşib.
Kruniç bu mövsüm "qırmızı-qara" formada 6 oyun keçirib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.