
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Sportliqa.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı açıqlamada bildirilir.
Mətbuat konfransında milli komandamızın yoldaşlıq görüşü çərçivəsində martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti və martın 25-də “Bank Respublika Arena”da Belarus yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.
Mətbuat konfransı martın 13-də, saat 11:00-da AFFA-nın inzibati binasında başlanacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması