
Bu gün SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Toplantıda bir sıra qərarlar qəbul olunub. Fəqət iclas tam tərkibdə keçirilməyib.
Belə ki, İK-nın üzvü, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov görüşə qatılmayıb.
Sportliqa.az-ın məlumatına görə, sabah Bakıda keçirilməli olan "Qarabağ" – "Kəpəz" oyunu AFFA-nın müraciəti ilə Tovuza köçürülüb. Səbəb isə həmin gün Tovuzda Azərbaycan futbolu üçün önəmli tədbirlərin keçirilməsi və Qurban Qurbanovun da orada iştirakının vacib sayılmasıdır. PFL də bu istəyə müsbət cavab verib.
Belə məlum olur ki, AFFA rəhbərliyi Qurban Qurbanovu Tovuza göndərib, özləri isə SOCAR-ın binasında onun iştirakı olmadan iclas keçiriblər.