"Neftçi" klubu növbəti dəfə azarkeşlərinə görə cərimələnib.
Sportliqa.az xəbər verir ki, bununla bağlı qərar AFFA İntizam Komitəsinin bugünkü iclasında qəbul olunub.
Belə ki, Premyer Liqanın 30-cu turunda keçirilən “Neftçi” – “Zirə” oyununda "ağ-qaralar"ın azarkeşləri tərəfindən qonaqların futbolçusu Stefan Akaya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə “Neftçi” klubu 2000 manat məbləğində cəriməyə məruz qalıb.
Qeyd edək ki, hadisənin görüntüsünü Sport1.az saytı ictimailəşdirib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.