
Bir müddətdir ki, AFFA İcraiyyə Komitəsinin iclasları federasiyadan kənarda keçirilir.
Proses Cahangir Fərəcullayev AFFA-nın baş katibi postuna təyin olunduqdan bəri başlayıb.
Belə ki, Fərəcullayevin bu posta keçidindən sonra İK-nın iclasları məcburən AFFA-dan kənarda keçirilir.
Məsələnin səbəbi də məlumdur.
İclas otağı baş katibin şəxsi istifadəsinə verildiyinə görə, toplantılar da qurumun inzibati binasından kənarda baş tutur.
Cahangir bəyin sərəncamına verilən otaq, əslində, illərdir ki, İcraiyyə Komitəsinin rəsmi toplantıları üçün nəzərdə tutulmuşdu. Lakin onun gəlişindən sonra iclaslar "köçəri" keçirilir.(Pressing.az)
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması