Ən yaşlı oyunçu "Zirə"də, ən gənci “Qarabağ”da oldu
Premyer Liqamızda ötən mövsüm meydana çıxan ən gənc və ən yaşlı futbolçular müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Mövsümün ən gənci "Qarabağ"ın futbolçusu Amin Rzayev olub. O, 15 yaş 204 günlüyündə olarkən mayın -5də "Sumqayıt"la matçda iştirak edib. Həmin matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ən yaşlı oyunçu göstəricisi isə "Zirə"nin qapıçısı Anar Nəzirrova məxsusdur - 39 yaş 251 gün. O, mayın 17-də "Sabah"la görüşdə "Zirə"nin qapısını qoruyub. Bu oyun 1:1 hesabı ilə başa çatıb.