Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, yığma A qrupundakı ikinci matçında İrlandiya seçməsini qəbul edib. Milli Gimnastika Arenasındakı baş tutan görüş rəqibin 91:73 hesablı qələbəsi ilə bitib.
Azərbaycan komandası qrupdakı ilk oyununda İsveçrəyə 33:84 hesabı ilə uduzub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az