AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.
Bu barədə Sportliqa.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
O, qadınlar arasında Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “OH Leuven” (Belçika) – “HB Köge” (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 11-də Belçikanın Leuven şəhərində yerləşən “Den Dreef” stadionunda baş tutacaq. Oyun saat 21:45-də başlayacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az