Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız səfərdə Lixtenşteynlə qarşılaşıb.
Vaduts şəhərindəki “Reynpark” stadionunda keçirilən görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da, yığmamız qrupun son oyununun nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vurub.
Əlavə edək ki, yeni mövsümdən etibarən Millətlər Liqasında D Liqası ləğv olunacaq. Odur ki, Azərbaycan millisi də daxil olmaqla, bu liqada yarışan bütün komandalar növbəti mövsüm UEFA Millətlər Liqasının yeni formatda keçiriləcək C Liqasında mübarizə aparacaqlar.
13 noyabr
Lixtenşteyn - Azərbaycan - 0:1
Qol: Mahir Emreli, 26
Baş hakim: Kristo Tohver (Estoniya)
“Rheinpark” stadionu, Vaduz
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az