Azərbaycan yığmasının futbolçuları hazırda yaxşı formadadırlar.
Sportliqa.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynə qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında deyib.
O, çətin oyuna çıxacaqlarını bildirib:
“Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuza çıxacağıq. Daha sonra bizi Andorra seçməsi ilə yoldaşlıq matçı gözləyir. Qrup lideri olmaq üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyununa bələdik, Bakıda bu komanda ilə bərabərə qalmışdıq. Evdə daha inamlı çıxış etmək istəyəcəklər. Komanda olaraq görüşə hazırıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Premyer Liqada qızğın mübarizə gedir və futbolçularımız yaxşı formadadırlar. İnanıram ki, sabah istədiyimiz qələbəni qazanacağıq”.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az