UEFA Millətlər Liqasının D Liqasında keçiriləcək Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlanıb.
Sportliqa.az xəbər verir ki, matçı Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.
Oyunun baş hakimi Kristo Tohver olacaq. Ona yan xətdə Silver Koiv və Sander Saqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.
VAR-da Marko Liva, AVAR-da Yuri Frişer olacaq.
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az