Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ikinci yoxlama oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, Podqoritsa şəhərində hazırlıq keçən yığmamız yenidən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Xatırladaq ki, Aqil Nəbiyevin çalışdırdığı millimiz bir neçə gün əvvl bu rəqibə 1:0 hesabı ilə qalib gəlmişdi.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az