"Mançester Siti" klubu PSJ-nin qapıçısı Canluici Donnarummanı transfer edib.
Sportliqa.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2030-cu ilin yayına qədər müqavilə imzalayıblar.
Qeyri-rəsmi məlumata görə, italyan qapıçının transferi "Siti"yə 35 milyon avrodan 39 milyon avroya qədər başa gəlib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.