"Turan" voleybol klubu ÇL-də ilk oyuna çıxır
Qadınlardan ibarət "Turan" voleybol klubu bu gün CEV Çempionlar Liqasında ilk matçına çıxacaq.
Sportliqa.az xəbər verir ki, Tovuz təmsilçisi turnirin 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" klubu ilə üz-üzə gələcək.
Tovuz Olimpiya İdman Kompleksində keçirilləcək qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, "Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.