“Gəncə”nin Avropa Kubokundakı oyunu təxirə düşdü
FIBA Avropa Kubokunun müntəzəm mövsümündə keçirilməsi planlaşdırılan “Rilski Sportist” (Bolqarıstan) – “Gəncə” oyunu təxirə salınıb.
Bu barədə Sportliqa.az-a Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oyun səfərlə bağlı yaranmış çətinliklər səbəbindən nəzərdə tutulan vaxtda baş tutmayacaq.
C qrupunun qarşılaşmasının oktyabrın 21-də, Samokov şəhərində təşkili nəzərdə tutulmuşdu.