Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
Sportliqa.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə qalxıb.
Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar.
Nizami İmranov (-66 kq) isə qitə birinciliyini bürünc medalla başa vurub.
Qeyd edək ki, aktivində 2 qızıl və 1 bürünc medal olan yığmamız ümumi komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.