“Tottenham” “satılmır” – Staveley geri çəkildi
“Tottenham Hotspur” rəhbərliyi, Amanda Staveley-nin PCP International Finance şirkətinin klub üçün alqı marağından çəkildiyini və “Tottenham”ın “satılmadığını” açıqlayıb.
Sportliqa.az xəbər verir ki, şirkət ilkin marağını təsdiqləmişdi, lakin sonradan “təklif etməyi düşünmədiklərini” bəyan edib. Premier Liqa qaydalarına görə, növbəti altı ay ərzində yeni təklif verə bilməyəcəklər.
Qeyd edək ki, klubun uzun müddət sədri Daniel Levy-nin qəfildən istefası, alqı-satqı spekulyasiyalarını artırmışdı. “Tottenham” rəhbərliyi bildirir ki, həm PCP, həm də digər investorlardan təkliflər gəlsə də, klub satılmır və ENIC səhm paketini satmaq niyyətində deyil.