
Bolqarıstan çempionatında 11-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə "Krumovqrad"la qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Cəlal Hüseynov da Kırcalı derbisinin iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Gənc oyunçu komandasının ilk qolunun müəllifi olub.
Millimizin üzvü qol sevincini əsgər salamı ilə qeyd edib, O, qolunu ntiterror əməliyyatında şəhid olmuş hərbi qulluqçularımıza həsr edib.
9 oyun keçirən "Arda" 19 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması