"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 8-ci turunda doğma meydanda "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistrlərin suallarını cavablandırıb:
- Çətin oyun idi. "Neftçi"nin oyundan-oyuna daha yaxşı olduğunu görürük. Son matçlarda aqressivdirlər. İlk hissədə onların təzyiqinin qarşısında tab gətirə bilmirdik. İkinci hissədə şanslarımız oldu. Bir qol vursaydıq, oyun bitə bilərdi. Çempionatın ən gərgin dövrüdür. Səhvlərimizdən nəticə çıxarmalıyıq.
- Komanda Tovuzda qələbə qazana bilmir. Bunun psixoloji səbəbləri var?
- Statistika onu deyir. İstəməzdik belə olsun. Amma gerçək budur. İnanıram ki, bunu aradan qaldıracağıq. Bizim burada yaxşı oyunlarımız, qələbələrimiz olub. Sadəcə bu il belə başladı. Bəlkə də bu gün bərabərlik bizim üçün motivasiya baxımından daha yaxşı olardı.
- Martin Petkovun start heyətdə yer almamasının səbəbi nə idi?
- Dəyişikliklər olacaq. Rəqibə görə edirik. Paçu məşqlərdə yaxşıdır. Onun da oynaması vacibdir. Petkov da yaxşı formadadır.
- Marandiçinin oyununda eniş hiss olunur. Bunun səbəbi nədir?
- Keçən il də belə olmuşdu. Milli komandada iki oyunda əsas heyətdə yer aldı. Yorğunluq hiss olunur. Ona görə ikinci hissədə onu dəyişdik. Eniş olması normaldır